Haqqımızda
Salam! Adım Tamilladır. Texnologiya sahəsində 7 ildən artıq təcrübəyə sahibəm və həmçinin Bunyad Studiasının qurucusuyam. Texnologiya sahəsindəki yolum Kanadanın Vaterlu Universitetində aldığım təhsillə başlamış və daha sonra da genişmiqyaslı veb tətbiqlərin və saytların qurulması üzrə zəngin bir karyera ilə davam etmişdir. Kanadanln texnologiya sektorunda iştirak etdiyim irili xırdalı bütün layihələrdən qazandığım təcrübələri müəllifi olduğum hər bir rəqəmsal həllə tətbiq etməyə davam edirəm.
Korporativ mühitdə keçirdiyim uzun illərdən sonra, Azərbaycanda və xaricdə fəaliyyət göstərən kiçik və orta miqyasıl bizneslərin peşəkar veb proqramlaşdırma vasitəsilə böyüməsinə dəstək olmaq üçün Bunyad Studio-nu yaratdım. Sistem dizayn mühəndisliyi üzrə aldığım akademik təhsili istifadəçi yönümlü dizaynla (user-centered design) birləşdirərək, effektiv biznes alətinə çevrilə bilən sürətli və vizual olaraq cəlbedici veb saytlar yaradıram. Məqsədim mürəkkəb mühəndisliklə intuitiv istifadəçi təcrübəsi arasındakı boşluğu dolduraraq, brendinizin rəqabətli rəqəmsal mühitdə inkişaf etməsinə kömək etməkdir.